İdman

Cengiz Ünder Fransa klubuna keçib

“Roma”nın yarımmüdafiəçisi Cengiz Ünderin yeni klubu müəyyənləşib.
Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 24 yaşlı hücumameyilli futbolçu karyerasını Fransada davam etdirəcək.
Ötən mövsümü icarə əsasında “Lester”də keçirən Türkiyə millisinin üzvü “Marsel”lə anlaşıb. Hazırda Fransada olan futbolçu yeni komandası ilə 4 illik müqavilə imzalayacaq. Bu keçid İtaliya təmsilçisinə 10 milyon avro qazandırıb. “Roma” həmçinin Ünderin növbəti satışının 30 faizini əldə edəcək.
Qeyd edək ki, Cengiz Ünder ötən mövsüm 19 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə verib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button