Dünya

Çex parlamenti Babiş hökumətinə etimadsızlıq göstərmədi

Sağ müxalifətin Çexiya parlamentinin aşağı palatasında “ANO” (Narazı vətəndaşların hərəkəti) siyasi hərəkatının lideri, dollar milyarderi, baş nazir Andrey Babiş hökumətinə etimadsızlıq votumunu qəbul etdirmək cəhdi uğursuzluqla nəticələnib.
“Report” xəbər verir ki, bu barədə “STK” xəbər agentliyi məlumat yayıb.
Müxalifət 200 millət vəkilindən 101-nin dəstəyini ala bilməyib. Beş müxalif siyasi partiyanın təşəbbüsü ilə keçirilən aşağı palatanın fövqəladə iclası 14 saatdan çox davam edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button