Dünya

Çexiyada təyyarə qəzası olub, ölən və xəsarət alan var

Çexiyanın cənubundakı Pisek şəhəri yaxınlığında idman təyyarəsi qəzaya uğrayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Xilasedicilərin və yanğınsöndürənlərin birləşmiş xidmətinin nümayəndəsi Zuzana Faytova bildirib.
Qeyd edilir ki, hadisə zamanı təyyarədə iki nəfər olub, onlardan biri ölüb.
“Pisek şəhərinin Ysskovise kəndində idman təyyarəsi qəzaya uğrayıb. Hadisə zamanı təyyarədə olan iki nəfərdən biri həlak olub. Digər yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb”, – o qeyd edib.
Qəzanın səbəbləri hələ müəyyənləşdirilməyib. Faciənin başvermə şəraitini araşdıran ekspertlər komissiyası yaradılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button