Dünya

Ceyhun Bayramov Kazandakı terrora görə başsağlığı verib

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov bu gün Rusiyanın Kazan şəhərindəki məktəbdə baş vermiş atışmada çox sayda insanın ölməsi ilə bağlı başsağlığı verib.
“Report” xəbər verir ki, C.Bayramov bu barədə rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında danışıb.
“Günahsız insanların ölümü həmişə faciədir. Bunun məktəbdə baş verməsi dəhşətlidir. İlk növbədə həlak olanların ailə üzvlərinə, bütün Rusiya xalqına, dostlarımıza, bu gün Bakıda olan tərəfdaşlarımıza başsağlığı diləyir, bütün yaralananlara tez sağalmağı arzulayıram. Terrorun təzahürlərini qınayırıq. Bu bir daha göstərir ki, bütün ölkələr bu vəbaya qarşı mübarizədə birləşməlidir”, – XİN başçısı deyib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button