Siyasət

Ceyhun Bayramovla Türk Şurasının Baş katibi arasında telefon danışığı olub

Mayın 18-də xarici işlər naziri Ceyhun Bayramovun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi (Türk Şurası) Bağdad Amreyev ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən  verilən məlumata görə, tərəflər Azərbaycanın Türk Şurası ilə əməkdaşlığı məsələləri, o cümlədən təşkilatın qarşıdan gələn görüş və tədbirləri üzrə fikir mübadiləsi aparıblar.

Türk Şurasına üzv ölkələrin bu ilin payızında keçiriləcək Zirvə görüşünə hazırlıq məqsədilə keçiriləcək görüşlər, o cümlədən yüksək səviyyəli nümayəndələr komitəsinin toplantısı və xarici işlər nazirlərinin görüşü müzakirə olunub.

Tərəflər, həmçinin, təşkilatın gələcək inkişafı məsələləri ətrafında müzakirələr aparıblar.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button