İqtisadiyyat

Çin dünyanın ən böyük şist neft yatağını kəşf edib

Çinin neft nəhəngi sayılan CNPC şirkəti tərəfindən ölkə ərazisində dünyanın ən böyük şist neft yatağı kəşf olunub. Yataq Çinin Qansu vilayətində aşkar edilib.
“APA-Economics”in RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, “Ordos” yatağının ehtiyatlarının 1 mlrd. ton təşkil etdiyi bildirilir.
Çin işlənməsinə iki il əvvəl başlayan yeni bir yataq sayəsində neft idxalından asılılığın artımını dayandıra biləcək. Bu gün ölkənin neft istehlakının əksər hissəsi (70%) digər ölkələrin tədarükündən asılıdır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button