Dünya

Çin malyariyaya qalib gəldi |

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çini malyariya xəstəliyinin olmadığı ölkə kimi tanıyıb.
“Report” xəbər verir ki, bu barədə qurumun baş direktoru Tedros Adanom Qebreyesus bəyan edib.
“Bu gün Çin xalqını təbrik edirik. Bu müvəffəqiyyət çox zəhmət bahasına, on illərlə məqsədyönlü və ardıcıl fəaliyyətin nəticəsində qazanılıb”-,deyə Tedros Adanom Qebreyesus bildirib.
Artıq Çin malyariya olmayan ölkə statusunu təsdiqləyən sertifikat alıb. Təşkilata görə, son 30 ildə Çin Qərbi Sakit Okean bölgəsində belə sertifikat alan ilk ölkə oldu.
İndiyədək ümumilikdə 40 ölkə ÜST-ün müvafiq sertifikatına sahib olub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button