Dünya

Çin pandemiya ilə mübarizə üçün inkişaf etməkdə olan ölkələrə 3 milyard dollar ayıracaq

Çin hökuməti pandemiya ilə mübarizə və iqtisadi artımın bərpası üçün yaxın 3 il ərzində inkişaf etməkdə olan ölkələrə əlavə 3 milyard dollar ayıracaq.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının sədri Si Tsinpin videokonfrans formatında keçirilmiş Qlobal Səhiyyə Sammitində bildirib.
Onun sözlərinə görə, Çin bugünədək müxtəlif ölkələrə COVID-19 əleyhinə vaksinin 300 milyon dozasını göndərib və xarici tərəfdaşlara bu preparatları daha çox sayda tədarük etmək niyyətindədir.
Çin hökuməti həmçinin, peyvənd istehsalı texnologiyalarının inkişaf etməkdə olan ölkələrə verilməsini təşviq edir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button