Dünya

Çində fabrikdə zəhərlənmə olub, ölənlər var

Çinin cənub-qərbindəki Sıçuan əyalətində qida fabrikində qazdan zəhərlənmə nəticəsində beş nəfər ölüb, daha iki nəfər huşunu itirib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İbin şəhər dairəsinin Çannin rayonunun rəsmi orqanlarının bəyanatında bildirilir.
Hadisə mayın 24-də yerli vaxtla təxminən saat 15:00-da (Bakı vaxtı ilə saat 11:00) olub. Təcili xidmətlərə “Furun Sunley” qida fabrikində hadisə haqqında xəbərlər daxil olmağa başlayıb. Hadisə yerinə gəlmiş xilasedicilər burada zərər çəkmiş səkkiz nəfəri aşkarlayıblar, onlardan yeddisi halsız vəziyyətdə olub, daha 1 nəfərin vəziyyəti isə qənaətbəxş olub. Zəhərlənənlər dərhal tibbi yardım üçün xəstəxanaya göndərilib.
Sonradan onlardan beşinin öldüyü təsdiqlənib, iki nəfər isə hələ də huşsuz vəziyyətdədir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmanı davam etdirirlər. İndiyə qədər aparılan araşdırmalar nəticəsində məlum olub ki, fabrik işçiləri orada aparılan təmir-tikinti işləri zamanı zəhərli qazdan zəhərləniblər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button