Dünya

Çində helikopter qəzaya uğrayıb, 2 nəfər ölüb

Çinin cənubunda yanğınsöndürən helikopter qəzaya uğrayıb, iki nəfər ölüb, ikisi itkin düşüb.
“Report” xəbər verir ki, bu barədə “Sinhua” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
İlkin məlumatlara görə, helikopter Yunnan əyalətindəki Erhay gölünə düşüb.
Göyərtədə dörd ekipaj üzvü olub. Xilasedicilər iki nəfəri tapa bilib, lakin onları xilas etmək mümkün olmayıb. Daha iki ekipaj üzvünün axtarışı davam edir.
Axtarış-xilasetmə işlərinə, təxminən, 500 nəfər və 16 xilasetmə qayığı cəlb olunub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button