Dünya

Çində metro su ilə doldu, ölənlər və yaralılar var

Çinin Çjençjou şəhərində yağan aramsız yağışlar nəticəsində metronun tuneli su ilə dolub.
Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.
Güclü yağışlar səbəbindən şəhər metrosunun beşinci xəttinin üstündəki dayanacaqda su yığılıb. Su vaqonların hərəkət etdiyi tunelə daxil olub.
Rəhbərlik təcili olaraq metroya cərəyanın verilməsini dayandırıb, lakin vaqonlardan biri su ilə dolu tuneldə qalıb. 500 nəfərə yaxın şəxs təxliyə edilsə də, 12 nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Xilsaetmə əməliyyatı zamanı 5 nəfər yaralanıb. Sinoptiklərin məlumatına görə, şəhərdə yağışlı hava davam edəcək.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button