Dünya

Çində partlayış zamanı ölənlərin sayı artıb

Çinin Hubey əyalətinin Şiyan şəhərində qaz sızması nəticəsində baş vermiş partlayış zamanı ölənlərin sayı 25 nəfərədək artıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət qurumları bildirib.
Xatırladaq ki, ötən gün şəhərin Janqvan dairəsində yerləşən Yanhu bazarında baş vermiş partlayış nəticəsində yaxınlıqdakı binalardan bəziləri dağılıb. Hadisə yerinə 170-dən artıq xilasedici və 38 texnika cəlb edilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button