Dünya

Çində zavodda partlayış baş verib

Çinin Henan vilayətinin Denfen şəhərində yerləşən alüminium ərintiləri zavodunda partlayış baş verib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər rəhbərliyinin rəsmi saytında dərc olunmuş məlumatda bildirilir.
Məlumata görə, hadisə yerli vaxtla saat 06:00 radələrində baş verib. Hadisəyə yaxınlıqdan axan çayda baş verən daşqın səbəb olub. Belə ki, yerli vaxtla 04:00 radələrində İnhe çayında suyun səviyyəsi artıb və zavodun divarını zədələyib. Nəticədə zavodun ərazisini su basıb. Zavod dərhal elektrik enerjisi ötürülməsini dayandırıb və əməkdaşların təxliyəsinə başlanılıb.
Saat 06:00 radələrində suyun yüksək temperaturlu ərinti anbarını basması nəticəsində partlayış baş verib.
Hadisədə ölən olmayıb, zərərçəkmişlər barədə məlumat verilmir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button