İqtisadiyyat

Çinin ixracı bu il kəskin artıb

Çində sabit iqtisadi bərpa və epidemioloji vəziyyətin yaxşılaşması fonunda bu ilin yanvar-may aylarında ölkənin idxalı və ixracında aktiv artım qeydə alınıb.
“APA-Economics” Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin hesabatına istinadən verdiyi məlumata görə, hesabat dövründə Çinin ixracı keçən ilin eyni dövrünə nisbətən 40,2% artaraq 1,24 mlrd. ABŞ dolları, idxalı isə 35,6% artaraq 1,03 mlrd. dollar təşkil edib.
Bu ilin beş ayında Çinin xarici ticarətinin ümumi həcmi dollar ekvivalentində 38,1% artaraq 2,27 trln. dollara çatıb.
Hesabat dövründə Çinin xarici ticarət profisiti 210 mlrd. dollar təşkil edib.
Xatırladaq ki, 2020-ci ildə Çinin xarici ticarət dövriyyəsi 1,5% artaraq 4,65 trln. dollar təşkil edib. Xarici ticarətin müsbət saldosu 535 mlrd. dollar (ixrac 2,59 trln. dollar, idxal 2,05 trln. dollar) olub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button