İqtisadiyyat

Çip çatışmazlığına görə qlobal avtomobil sənayesinin itkiləri iki dəfə artıb

Dünya bazarlarında ötən ilin sonundan yarımkeçiricilərə olan çatışmazlıq bu gün də davam edir. Bu isə, öz növbəsində, avtomobil istehsalına mənfi təsir göstərir. “APA-Economics” xəbər verir ki, “Oxford Economics” beynəlxalq konsaltinq şirkətinin hesablamalarına görə, əgər əvvəllər bu problem səbəbindən dünya avtomobil istehsalının 1 mln. avtomobil azalacağı göstərilirdisə, cari ilin birinci yarısında azalma 2 mln. və ya 2,3% təşkil edə bilər.
Qlobal bir yarımkeçirici çatışmazlığı beynəlxalq tədarük zəncirlərini pozdu və bu tendensiya ilin sonunadək davam edəcək. Avtomobil istehsalçıları, sektor üçün mikrosxemlərin çatışmazlığının ilin ikinci yarısına qədər qalacağını bildiriblər.
Aparıcı avtomobil konsernlərinin hər biri istehsalı 100-400 min arası azaldır. Birinci rübün nəticələrinə nəzərə almaqla, dünyada gözlənilən 84,6 mln. illik avtomobilin istehsalından 1 mln. avtomobil istehsal olunmayacaq.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button