Dünya

Corc Floydun ölümünün ildönümü iğtişaşlarla yadda qaldı

Afroamerikalı Corc Floydun ölümünün birinci ildönümü münasibətilə Oreqon ştatının Portlənd şəhərində təşkil edilən anım mərasimi kütləvi iğtişaşlara çevrilib.
“Report” “Fox News”-a istinadən xəbər verir ki, ötən gün axşam şəhər məhkəməsinin qarşısına toplaşan 200-dək qarageyimli polisə daş və şüşə qablar atmağa başlayıb, sonra binanı yandırmağa cəhd göstərib, pəncərələri qırıb, ətrafdakı zibil konteynerlərini yandırıblar. İğtişaş törədənlərdən ən fəal olanları polis tərəfindən saxlanılıb.
Daha sonra iştirakçılar yol boyu iş yerlərinin pəncərələrini qıra-qıra şəhər bələdiyyəsinə doğru yürüş ediblər. Saat 22-də polis hadisələri üsyan olaraq dəyərləndirərək asayişi bərpa etmək üçün əlavə tədbirlər görməyə, “kriminal əməllərdə iştirak edənlər”i həbs etməyə başlayıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button