İqtisadiyyat

“Çovdar” qızıl mədəni ölkə iqtisadiyyatına 639 mln. manatdan çox vəsait cəlb edib

Daşkəsəndə yerləşən “Çovdar” qızıl mədənin istismarı nəticəsində bu günədək əlvan metal ixracından ölkə iqtisadiyyatına 639 mln. manatdan çox vəsait cəlb edilib.
“AzerGold” QSC-də “APA-Economics,ə verilən məlumata görə, bu barədə QSC-nin  İdarə Heyətinin sədri Zakir İbrahimov ölkənin tanınmış geoloqları ilə görüş zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanın son 20 ildə əldə etdiyi iqtisadi-siyasi uğurlar ölkəmizin təkcə regional səviyyədə deyil, qlobal miqyasda da rolunun artması irihəcmli iqtisadi layihələrin icrasına, ümumilikdə iqtisadiyyatın bütün sahələrinin tərəqqisinə birbaşa təsir edib. Bu məqam dağ-mədən sektoruna da təsirsiz ötüşməyib. İdarə Heyətinin sədri əlavə edib ki, 2016-cı ildə fəaliyyətə 1 mədənin – “Çovdar” qızıl mədənin istismarından başlayan Cəmiyyət hazırda 2 mədəndə hasilat işləri aparır.
Qısa dövrdə “Ağyoxuş” yataqlar qrupu və “Mərəh” qızıl yatağının kəşf edilməsinə nail olunub. Ümumilikdə Cəmiyyət “Ağyoxuş” və “Mərəh” də daxil olmaqla “Çovdar” əlvan metal filizi yataqlar qrupuı, “Köhnəmədən” sahəsi, Naxçıvan Muxtar Respublikasındakı qızıl və mis yataqları (“Göydağ” sahəsi) və “Daşkəsən” dəmir filizi yataqları qrupu üzrə kəşfiyyat işlərini davam etdirir. Qarşıdakı illərdə həmin yataq qrupları üzrə yeni mədənlərin istismara verilməsi planlaşdırılır.
Cəmiyyətin göstəricilərinin uğurlu maliyyə siyasəti ilə birbaşa bağlı olduğu bildirən sədr bunun əyani nümunəsi kimi hazırda şirkətin heç bir bank krediti öhdəliyinin olmadığını vurğulayıb.
Z. İbrahimov “AzerGold”un bitmək üzrə olan maliyyə auditinin ilkin nəticələrinə əsasən Səhmdar Cəmiyyət öz səhmdarı olan dövlətə ilk dəfə dividend ödənilməsini həyata keçirəcəyi haqqında da məlumat verib.
Sədr bundan sonrakı dövrdə də Cəmiyyətin qarşıya qoyulan hədəflərə nail olacağına, xüsusilə qarşıdakı dövrlərdə digər mədən sahələrinin istismara verilməsi, yeni iş yerlərinin yaradılması ilə bölgələrin sosial-iqtisadi mənzərəsinin daha da yaxşılaşdırılması istiqamətində ciddi uğurlara imza atacağına əmin olduğunu bildirib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button