Cəmiyyət

COVID-19 əleyhinə bitki mənşəli peyvənd hazırlanıb

Kanadalı molekulyar bioloqlar bitki mənşəli virusabənzər hissəciklərdən koronavirus əleyhinə peyvənd hazırlayıblar. Peyvənd klinik sınaqların ilk mərhələsində 200 könüllü üzərində sınaqdan keçirilib.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, təcrübələrin nəticələri “Nature Medicine” jurnalında dərc edilib.
Peyvəndin ikinci dozasının vurulmasından sonra könüllülərin əksəriyyətinin qanındakı anticisimlərin miqdarı COVID-19-dan sağalmış insanların plazmasındakı anticisimlərin miqdarından təqribən 10 dəfə çox olub.
Peyvənd vurulduqdan dərhal sonra iştirakçılardan birində yaranmış halsızlıq istisna olmaqla, ciddi yan təsirlər müşahidə olunmayıb.
Alimlər aşkar ediblər ki, peyvəndin bir dəfə vurulmasından sonra könüllülərin təxminən 60 faizinin qanında SARS-CoV-2-yə qarşı çox sayda anticisim yaranıb. İki inyeksiyadan sonra isə könüllülərin 91 faizində anticisimlər yaranıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button