Dünya

Cozef Bayden: “ABŞ qoşunları Əfqanıstanda uzun müddət qala bilməz”

“Əfqanıstan ABŞ qoşunlarının Hinduquş dağ silsiləsində daha uzun müddətə qalmasına ümid edə bilməz”.
“Report” “dw”ya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Cozef Bayden Əfqanıstan prezidenti Əşrəf Qani ilə Ağ evdə görüşündə deyib.
ABŞ prezidenti bildirib ki, əfqanıstanlılar talelərini özləri həll etməlidir.
C.Bayden Əşrəf Qanini əmin edib ki, qoşunları Əfqanıstandan çıxandan sonra ABŞ Hinduquşda onlara dəstək verəcək: “ABŞ-la Əfqanıstan arasında tərəfdaşlıq bitmir. Bizim qoşunlar çıxa bilər, ancaq Əfqanıstana dəstəyimiz davam edəcək”.
Qeyd edək ki, ABŞ və NATO-dakı müttəfiqləri bu ilin mayından Əfqanıstandakı hərbi kontingenti çıxarmağa başlayıb. Prosesin 2021-ci il sentyabın 11-də başa çatması planlaşdırılır. Pentaqon Əfqanıstanda 650 hərbçi saxlamaq niyyətində olduğunu bildirib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button