Dünya

Cozef Bayden Misir prezidenti ilə Qəzzaya yardımı müzakirə etdi

ABŞ prezidenti Cozef Bayden Misir prezidenti Əbdülfəttah əl-Sisi ilə Qəzza zolağına təcili humanitar yardımın çatdırılmasının və anklavın bərpasının əhəmiyyətini müzakirə edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin xəbərində deyilir.
“Tərəflər Qəzza zolağında ehtiyacı olanlara təcili humanitar yardımın çatdırılması zərurətini və (anklavın-red) bərpasına dəstəyin göstərilməsi səyləri nəzərdən keçirdilər ki, bu HƏMAS-a deyil, əhaliyə fayda gətirsin”, – mətbuat xidmətində bildirilib.
Prezident Bayden qeyd edib ki, ABŞ-ın dövlət katibi Entoni Blinkeni təcili ehtiyaclar üçün bölgəyə səyahət etməsi barədə tapşırıq verib.
Daha əvvəl Misir prezidentinin dəftərxanası bazar ertəsi Əbdülfəttah əl-Sisi və Cozef Bayden arasında telefon söhbəti haqqında bildirib. Məlumata görə, tərəflər Yaxın Şərq münaqişəsini və digər məsələləri müzakirə ediblər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button