Gündəm

Daha 7 ölkənin vətəndaşları Azərbaycana gələ biləcək

İyunun 21-dən daha 7 ölkənin vətəndaşıarına Azərbaycana səfər etməyə icazə veriləcək.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.

Həmin ölkələr bunlardır: ABŞ, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İsrail, Macarıstan və Qətər.

Operativ Qərargah vaksinasiyanın əhatəlilik dairəsinin daha geniş olduğu ölkələrdə epidemioloji vəziyyətin davamlı surətdə yaxşılaşdığını nəzərə alaraq belə qərar verdiyini bildirir.

İyunun 10-dan Türkiyə və Rusiya vətəndaşları üçün hava yolu ilə Azərbaycan ərazisinə səfərlərdə yumşalmalar tətbiq edilib.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button