İqtisadiyyat

Daha iki azərbaycanlı BP-nin regional rəhbər heyətində yer alıb

Xəzər dənizində dünya əhəmiyyətli layihələrini həyata keçirərkən BP şirkəti öz işçi heyətinin milliləşdirilməsini və regiondakı əməliyyatlarına cəlb olunmuş işçi qüvvəsinin inkişafını ən prioritet məsələlərdən biri kimi daim diqqətdə saxlayır. Qeyd olunanlara şirkətin regional rəhbərliyində əcnəbi kadrları əvəz edə biləcək yerli yüksək səviyyəli rəhbər işçilərin hazırlanması da daxildir.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bu yaxınlarda daha iki yerli əməkdaşımız vitse-prezident vəzifəsinə təyin olunaraq regional rəhbər heyətə qoşulub.
Elnarə Məmmədova – Azərbaycan, Gürcüstan, Türkiyə (AGT) regionu və Rusiyada insanlar və korporativ mədəniyyət (əvvəllər insan resursları adlanırdı) üzrə vitse-prezident vəzifəsinə təyin edilib. Bu vəzifədə Elnarə BP-nin London ofisində təminat sistemləri, strategiya və dayanıqlı inkişaf, regionlar, şəhərlər və həll yolları üzrə baş vitse-prezident vəzifəsinə təyin olunmuş Nərminə Nəbiyevanı əvəz edib.
Aytən Ağalarova isə BP-nin Gürcüstan üzrə vitse-prezidenti vəzifəsinə təyin edilib.
Bu vəzifədə Aytən BP-nin Gürcüstandakı baş nümayəndəsidir və BP-nin ölkədəki bütün biznes bölümləri adından hökumət orqanları ilə əlaqələr və xarici işləri idarə etməklə şirkətin strategiyasının həyata keçirilməsinə dəstək verir. Aytən bu vəzifədə “Lightsource BP” şirkətinə əməliyyatlar üzrə baş direktor vəzifəsinə təyin olunmuş Ann Deyvisi əvəz edib.
Bundan başqa, şirkətdə son zamanlar baş verən struktur dəyişikliklər nəticəsində yerli vitse-prezidentlərin bəziləri indi daha geniş vəzifələr tutaraq bir neçə regiona cavabdehdirlər, bəzilərinə isə region daxilində daha yüksək  vəzifə öhdəlikləri verilib. Belə ki, Elxan Məmmədov AGT regionunda hasilat üzrə vitse-prezident təyin olunmuşdur. İndi o, regionda həm dəniz, həm də midstrim obyektlərinə cavabdehdir.  Bəxtiyar Aslanbəyli isə Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezident vəzifəsinə təyin edilib. Yeni genişlənmiş vəzifəsindən əvvəl, Bəxtiyar AGT regionunda kommunikasiya və xarici əlaqələrə görə cavabdeh idi. O, kommunikasiya və xarici əlaqələr, vergi və gömrük, etik normalar və tələblərə uyğunluq, habelə biznes xidmətləri kimi sahələrdə bir sıra rəhbər vəzifələrdə çalışıb.
Zaur Paşayev AGT və Asiya-Sakit okean regionlarında əməyin təhlükəsizliyi və əməliyyat risklərinin təmin edilməsi üzrə vitse-prezident vəzifəsinə təyin olunub. Zaur həm quruda, həm də dənizdəki obyektlərdə rəhbərlik və əməliyyatlar üzrə geniş təcrübəyə malikdir. Bu vəzifədən əvvəl Zaur midstrim əməliyyatları üzrə vitse-prezident işləmiş və AGT midstrim təşkilatının təhlükəsiz, etibarlı və səmərəli şəkildə fəaliyyət göstərməsinin təmin edilməsinə cavabdeh olub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button