İqtisadiyyat

“Daimler” Avropadakı avtosalon və servis mərkəzlərinin bir qismini satmaq niyyətindədir

Almaniyanın avtomobil istehsalçısı olan “Daimler” şirkəti Böyük Britaniya, İspaniya və Belçikadakı avtosalon və servis mərkəzlərinin bir hissəsinin satılması imkanlarını nəzərdən keçirir.
“APA-Economics” məlumatına görə, bu barədə DPA agentliyi şirkətin mətbuat xidmətinə istinadən yazır.
Potensial alıcılarla danışıqlar zamanı prioritetlərdən birinin “Mercedes-Benz”in sözügedən ölkələrdə fəaliyyətlərinin davamı olacağı qeyd olunur.
Qeyd edək ki, söhbət təxminən 2 800 nəfərin çalışdığı 25 filialın satışından gedir. Şirkətin hazırda digər Avropa ölkələrində filial satma planları yoxdur.
Xatırladaq ki, bu ilin yanvar-mart aylarında dünyanın ən böyük avtomobil istehsalçılarının mənfəəti 403 mlrd. avro təşkil edib, bu da 2020-ci illə müqayisədə 35 mlrd. avro çoxdur. Tədqiqat zamanı 16 ən böyük avtomobil istehsalçısının maliyyə göstəriciləri təhlil edilib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button