İdman

Danimarka Bakıda Çexiyaya qalib gəlib

AVRO-2020-də 1/4 final mərhələsinin ikinci oyun gününə start verilib.
Apasport.az saytının məlumatına görə, üçüncü yarımfinalçı Çexiya və Danimarka arasında müəyyənləşib.
Bu görüş Bakı Olimpiya Stadionunda keçirilib. Qrup mərhələsində üç qarşılaşmaya ev sahibliyi edən arenada turnir çərçivəsində son matç baş tutub.
Qarşılaşma erkən qolla başlayıb. Tomas Delayni artıq 5-ci dəqiqədə danimarkalıları hesabda önə çıxarıb.
Fasilə ərəfəsində fərq iki topa çatıb. Bu dəfə Kasper Dolberq fərqlənib.
İkinci hissəyə çexiyalılar daha fəal başlayıb. Fasilədən az sonra Patrik Şik çempionatdakı 5-ci qolu ilə azarkeşlərini ümidləndirib. Lakin çexiyalılar matçı xilas edə bilməyərək turnirlə vidalaşıb. Yarışa iki məğlubiyyətlə başlayan Danimarka isə yarımfinala yüksəlib.
Qeyd edək ki, 1/4 final mərhələsinə bu gün keçiriləcək İngiltərə – Ukrayna matçı ilə yekun vurulacaq.
AVRO-20201/4 final3 iyul20:00. Çexiya – Danimarka – 1:2Qollar: Patrik Şik, 49 – Tomas Delayni, 5, Kasper Dolberq, 42Baş hakim: Byörn Kuypers (Niderland)Bakı Olimpiya Stadionu

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button