İdman

Danimarka – Finlandiya oyunu təxirə salınıb

AVRO-2020-də qrup mərhələsinin I turunun  Danimarka – Finlandiya oyunu təxirə salınıb.
Apasport.az saytının məlumatına görə, buna Kristian Eriksenin durumu səbəb olub.
İlk yarının sonlarında huşunu itirən danimarkalı yarımmüdafiəçi yerə yıxılıb. Oyun dərhal dayandırılıb.
Komandanın həkimləri və tibbi yardım özünü futbolçuya yetirib. Ürəyi dayanan Eriksenə ürək masajı edilib.
Sonradan futbolçular onu tribuna altına aparıblar. Danimarkalı oradan xəstəxanaya aparılacaq.
Bu üzdən Kopenhagendəki matç davam etdirilməyib. Görüşün davam etdirilmə vaxtına UEFA qərar verəcək.
AVRO-202012 iyunI tur, B qrupu20:00. Danimarka – Finlandiya – 0:0 (oyun dayandırılıb)Baş hakim: Antoni Teylor (İngiltərə)Kopenhagen. “Parken” stadionu

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button