Dünya

Danimarkada hamilələrə peyvənd vurulmasına icazə verilib

Danimarka hökuməti hamilələrin koronavirus əleyhinə peyvənd olunmasına icazə verib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Danimarka Səhiyyə Agentliyi məlumat yayıb.
“Hamilə qadınlarda şiddətli koronavirus infeksiyası riski artır, hamiləlik dövründə yoluxma isə vaxtından əvvəl doğuş riskini artıra bilər. Agentlik digər ölkələrin son məlumatlarını və təcrübələrini öyrəndikdən sonra hamilə və süd verən qadınların peyvənd olunmasını tövsiyə etmək qərarına gəlib”, – məlumatda vurğulanıb.
Qeyd olunub ki, ABŞ-ın “Pfizer” və “Moderna” şirkətlərinin preparatları ilə bu cür aşılamaya başlayan ölkələrdən, o cümlədən ABŞ və Kanadadan alınan məlumatlar peyvəndin hamilələr və ana bətnində olan uşaqlar, eləcə də süd verən analar və ana südü ilə qidalanan uşaqlar üçün effektiv və təhlükəsiz olduğunu göstərib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button