Dünya

Danimarkada yeniyetmələr koronavirusa qarşı peyvənd olunacaq

Danimarkada koronavirusa qarşı immuniteti gücləndirmək üçün 12-15 yaşlı yeniyetmələrin peyvənd olunması tövsiyə olunur.
“Report” “The Local”a istinadən xəbər verir ki, bu barədə Danimarka Səhiyyə Qurumunun baş direktoru Soren Brostrem mətbuat konfransında bildirib. Onun sözlərinə görə, 16 və yuxarı yaş qrupları arasında peyvəndləmə nəticəsində əldə edilmiş 70 faiz səviyyəsindəki immun gücü karantin məhdudiyyətləri tətbiq etmədən epidemiyanı nəzarətə götürmək üçün kifayət deyil.
Qurumun yaydığı açıqlamaya görə, yeniyetmələr arasında peyvəndləmə yay tətilindən sonra, təxminən, sentyabr ayında başlayacaq və könüllü həyata keçiriləcək.
Danimarka uşaqlar arasında peyvəndləməyə gedən son ölkələrdəndir. Fransada 12-18 yaş arasında yeniyetmələr arasında peyvəndləmə iyunun 15-də başlayıb. İsveçrədə 12-15 yaşlı yeniyetmələri iyul ayının ortalarından, İspaniyada isə 12-17 yaş arasında yeniyetmələri sentyabrdan əvvəl peyvəndləməyə başlamaq nəzərdə tutulur.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button