İqtisadiyyat

DANX beynəlxalq avtobus marşrutlarının bərpasının şərtini açıqlayıb

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) beynəlxalq avtobus marşrutlarının açılmasının şərtini açıqlayıb.
“APA-Economics”in məlumatına görə, DANX-ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova jurnalistlərə açıqlamasında bildirib ki, bununla bağlı Azərbaycan Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır.
“Nazirlər Kabinetinin Azərbaycanın sərhəd-keçid məntəqələrindən quru yolla müntəzəm avtobusların xətlərinin açılmasına dair qərarı olmalıdır. Hazırda belə bir qərar Gürcüstan tərəfindən verilib, biz tərəfdən analoji qərar yoxdur”, – deyə DANX-ın rəsmisi bildirib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button