Cəmiyyət

Daşkəsənə leysan yağış yağıb, dolu düşüb

Axşam saatlarında Daşkəsən rayonunda güclü yağış yağır, bir neçə dəqiqə dolu düşüb.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, yağıntılı hava şəraiti səbəbindən avtomobil yollarında nəqliyyatın hərəkəti qismən dayanıb. Leysan yağış daha sonra bir neçə dəqiqə dolu ilə əvəz olunub. Nəticədə meyvə ağaclarına, fərdi təsərrüfatlara qismən ziyan dəyib.
Hazırda rayon ərazisində leysan yağış yağır və güclü ildırım çaxır.
Qeyd edək ki, yağıntılı hava şəraiti ətraf rayonlarda – Göygöl, Gədəbəy, Şəmkir, Samuxda və Gəncə şəhərində də müşahidə olunur.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button