İdman

“Davam etmək istəyiriksə, qarşıya böyük hədəflər qoymalıyıq”

“Neftçi”də davam edib-etməyəcəyimi dəqiqləşdirməmişəm”.
Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin yarımmüdafiəçisi Keysuke Honda ölkəsi Yaponiya mətbuatına açıqlamasında bildirib.
Paytaxt klubu ilə Premyer Liqanın çempionu olan ulduz futbolçu başa çatan müqaviləsinin yenilənib-yenilənməyəcəyinə aydınlıq gətirmədiyini söyləyib. O, rəhbərliklə görüşdən sonra qərarını qətiləşdirəcəyini deyib: “Davam etmək istəyiriksə, qarşıya böyük hədəflər qoymalıyıq. Bu məsələyə çox diqqət yetirəcəyəm. Düşünmək lazımdır”.
Qeyd edək ki, Keysuke Honda “Neftçi”yə martda keçib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button