Dünya

Dehlidə lokdaunun müddəti yenə uzadıldı

Hindistanın paytaxtı Dehlidə koronavirusa yoluxma hallarının artması ilə bağlı lokdaunun müddəti sabah səhər saat 5:00-dan etibarən mayın 24-dək bir daha uzadılıb.
“Report” “Hindustan Times”a istinadən xəbər verir ki, bu barədə Dehlinin baş nazir Arvind Kecrival (Arvind Kejriwal) bildirib.
Qeyd edək ki, aprelin 19-dan etibarən həftəsonu komendant saatından sonra paytaxtda COVID-19-a yoluxmaların kəskin artması və səhiyyə sisteminin iflic olması ilə bağlı ertəsi gündən tam lokdaun rejimi tətbiq edilib və həmin vaxtdan dördüncü dəfədir uzadılır.
Son günlər Dehlidə koronavirusa yoluxmaların davamlı olaraq artması müşahidə olunur. Belə ki, bu artım Dünya Səhiyyə Təşkilatı tərəfindən məqbul hesab edilən 5 faizi üstələyir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button