İdman

Depay “Barselona” ilə anlaşıb

“Lion”un hücumçusu Memfis Depay karyerasını İspaniyada davam etdirəcək.
Apasport.az saytının “L’Equipe” nəşrinə istinadən məlumatına görə, Niderland millisinin forvardı “Barselona” ilə anlaşıb.
Danışıqların yalnız son detalları müzakirə olunacaq. Hətta baş məşqçi Ronald Kuman postunda qalacağı təqdirdə, 27 yaşlı futbolçu maliyyə tələblərini azaltmağa da hazırdır. Depayın “Lion”la müqavilə müddəti iyulun 1-nə qədər olduğundan, bu keçid kataloniyalılara havayı başa gələcək.
Qeyd edək ki, Memfis Depay cari mövsüm Fransa çempionatında 35 oyunda 19 qol vurub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button