Cəmiyyət

Deputat: “Əlilliklə bağlı sosial narazılıqları yerinə yetirmək üçün dəyişikliklərin edilməsi vacibdir”

“Əlilliklə bağlı yaranan sosial narazılıqları yerinə yetirmək üçün bir sıra dəyişikliklərin edilməsi vacibdir. Əlillərin işlə təmin edilməsi vacibdir”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Əli Məsimli parlamentin bu gün keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib.
“Bir rəqəmə görə 7 min, digər rəqəmə görə isə 17 min saxta əllilik müəyyən edilib. Görməzliyə, eşitməzliyə vurmaq demək o deyil ki, saxta əlillik ləğv edilən zaman həqiqi əlilliyi olan şəxslərin də hüquqları tapdalanıb. Qanun qəbul edildikdən sonra malliyə tutumu nə qədər olacaq? Bu və digər suallara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cavab versə bilərik ki, bu qənaətlə bağlıdır, ya yox”, – deputat vurğulayıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button