Cəmiyyət

Deputat qazi ailələrini ziyarət edib

“Miqrasiya Könüllüsü” İctimai Birliyinin üzvləri Ucarda deputat Ramil Həsən ilə birlikdə qazi ailələrini ziyarət edib, “For Azerbaijan” təşkilatı adından bayram sovqatlarını həmin ailələrə çatdırıblar.
“Report” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüblər.
Daha sonra rayonda yaşayan 20 qazi ailəsi ziyarət olunub. 44 günlük Vətən müharibəsi zamanı göstərdikləri şücaətə görə qazilərə təşəkkür bildirilib, onlara can sağlığı arzulanıb. Prezident İlham Əliyev tərəfindən şəhid və qazi ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımların önəmi vurğulanıb.
Daha sonra Miqrasiya könüllüləri “For Azerbaijan” təşkilatı adından Ramazan sovqatını ailələrə təqdim ediblər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button