Cəmiyyət

Deputat rəhbəri olduğu qurumda korrupsiya əməliyyatı ilə bağlı açıqlama verdi

Məlumat verdiyimiz kimi, Qızıl Aypara Cəmiyyəti Bərdə Rayon Bölməsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi araşdırmalara başlayıb.
Məsələ ilə bağlı Qızıl Aypara Cəmiyyətinin prezidenti, qurumun idarəetmə şurasının sədri Novruzəli Aslanov “Report”a açıqlama verib.
O bildirib ki, məsələ araşdırılacaq:
“Bizdə hələ ki, dəqiq bir məlumat yoxdur. Milli Məclisdən gəlmişəm, xəbərim yoxdur. Araşdıraq, baxaq nə məsələdir. İstintaqa cəlb olunan şəxs Qızıl Aypara Cəmiyyəti Bərdə Rayon Bölməsinin sədri olub”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button