Siyasət

“Deputatla dövlət qulluqçusunun funksiyalarını bilmir” – Qüdrət Həsənquliyev

“Ötən iclasda mən dövlət qulluğuna qəbulun sadəcə müsahibə ilə keçirilməsini təklif etdim. Qanun layihəsini təqdim edən deputat həmkarım Kamal Cəfərov də inkişaf etmiş ölkələrin çoxunda dövlət qulluğuna qəbulun təkcə müsahibə yolu ilə olduğunu qeyd etdi. Dolayısıyla mənim dediklərimi təsdiqlədi”.

Bunu Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında deyib.

“Digər tərəfdən qeyd etdim ki, hər 5 ildən bir dövlət qulluqçularının imtahan verərək sertifikat alması ilə bağlı məsələyə toxundum. Yəni insanlar işlədikləri dövrdə təcrübə qazanırılar. Bununla bağlı yeni seçilən deputatlara da üzümü tutdum. Dedim ki, ilk seçilənlə indiki arasında onların təcrübəsi xeyli artıb. Kamal müəllim isə mənim sözümü tuturmuş kimi dərhal dedi ki, onsuz da deputatlar da 5 il müddətinə seçilir. Təəssüf edirəm ki, Kamal bəy deputatla dövlət qulluqçusunun funksiyalarını bilmir. Millət vəkili qanunlar qəbul edir. Yəni doğrudan da millət vəkili ilə dövlət qulluqçusunu bu şəkildə müqayisə etmək nə dərəcədə doğrudur bilmirəm. Amma qanunu təqdim edən şəxslərin bir məsələ ilə bağlı tam əminliyi yoxdursa, onunla bağlı fikir söyləməsinlər”, – deputat bildirib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button