Cəmiyyət

Direktor müavinlərinin müsahibə mərhələsi yekunlaşıb

Peşə təhsil müəssisələrinə direktor müavinlərinin mərkəzləşdirilmiş işə qəbulunun müsahibə mərhələsi yekunlaşıb.
Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, müsahibə mərhələsində ümumilikdə 77 namizəd iştirak edib.
Hazırda müsahibə nəticələrinin təhlili prosesi aparılır. İyul ayının əvvəlində müsahibənin yekun nəticələri barədə namizədlərin şəxsi səhifələrində məlumatlar yerləşdiriləcək.
Qeyd edək ki, sonuncu mərhələ zamanı namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü qiymətləndirilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button