Mədəniyyət

“Disney” Kapitan Amerika haqqında dördüncü filmi hazırlayır

“Disney” şirkəti “Marvel Studios” ilə birlikdə “Marvel” komikslərinin qəhrəmanı Kapitan Amerika haqqında dördüncü film üzərində işləyir.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə “The Hollywood Reporter” məlumat yayıb.

Qeyd olunur ki, layihənin ssenari müəllifləri “Şahin və qış əsgəri” serialının yaradıcıları Malkom Spellman və Dalan Mussondur. Şou “Disney+” striminq xidmətində yayımlanıb.

Sem Uilson obrazının yenidən Entoni Maki tərəfindən canlandırılacağı, filmdə əsas rolun məhz ona veriləcəyi güman edilir. Ancaq aktyorlar Kris Evans (Kapitan Amerika) və Sebastyan Stenin (Baki Barns) iştirakları hələlik təsdiqlənməyib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button