İqtisadiyyat

“Dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnoz 127,1% icra edilib”

Bu ilin yanvar-may aylarında Azərbaycan dövlət büdcəsinə vergi daxilolmaları 3,8 mlrd. manatdan çox olub.
“APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.
Nazir bildirib ki, daxilolmalar üzrə proqnoz 127,1% icra edilib.
“Artım əsasən qeyri-neft sektorunun hesabına olub. Bu sahə üzrə daxilolmalar 2,754 mlrd. manat təşkil edib və proqnozdan əlavə büdcəyə 471,8 mln. manat ödənilib”, – nazir qeyd edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button