İqtisadiyyat

Dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozların icrası 131,7% təşkil edib

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozların icrası 131,7% təşkil edib.
“APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.
Nazir əlavə edib ki, büdcəyə nəzərdə tutulandan 780,7 mln. manat artıq vəsait daxil olub ki, bunun da 451 mln. manatı qeyri neft qaz sektorunun payına düşüb.
“Vergi daxilolmaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 266,9 mln. manat artıqdır. İqtisadi islahatlar və özəl sektorun inkişafı öz bəhrələrini verir”, – nazir qeyd edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button