İqtisadiyyat

Dövlət büdcəsinin ehtiyat fondundan ötən il 528 mln. manata yaxın xərclənib

2020-ci il dövlət büdcəsinin icrası prosesində Azərbaycanın sosial-iqtisadi həyatı üçün vacib olan bir sıra layihələrin və tədbirlərin həyata keçirilməsi məqsədilə “Büdcə sistemi haqqında” qanunun 19.6-cı maddəsinə uyğun olaraq 2020-ci il dövlət büdcəsində qənaət olunmuş 439,6 mln. manat vəsait dövlət büdcəsinin ehtiyat fonduna yönəldilməklə, Fondun həcmi 649,6 mln. manat olub.
APA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.
Layihədə qeyd olunub ki, il ərzində həmin vəsaitin 527,5 mln. manatından istifadə olunub. Bu vəsaitin 207,4 mln. manatı və ya 33,1 %-i əsaslı xərclərin, 420,1 mln. manatı və ya 66,9 %-i cari xərclərin maliyyələşdirilməsinə yönəldilib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button