Dünya

Dövlət katibi: “Baydenlə Putin yaxın həftələrdə görüşəcəklər”

“ABŞ Prezidenti Cozef Baydenlə Rusiya Prezidenti Vladimir Putin böyük ehtimalla yaxın həftələrdə görüşəcəklər”.
“Report” xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken İslandiyanın “RUV” dövlət teleradio şirkətinə müsahibəsində bildirib.
Dövlət katibi “Siz İslandiyanı dövlət başçılarının görüşünün keçiriləcəyi potensial yer sayırsınızmı” sualına belə cavab verib: “Sözsüz, mən görüş yeri kimi buranı namizəd göstərərdim. Onu da qeyd edim ki, evə qayıtdıqdan sonra bu işlə məşğul olacağam”.
Qeyd edək ki, mayın 19-da Artika Şurası xarici işlər nazirilərinin sessiyası çərçivəsində ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş olub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button