Cəmiyyət

Dövlət Komitəsi yazı müsabiqəsinin qaliblərini açıqlayıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə “Azərbaycan Respublikasında dövlət-din münasibətləri: 20 illik zaman kəsiyində” mövzusunda yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında elan edilən yazı müsabiqəsinin qalibləri müəyyənləşib.
“Report” xəbər verir ki, müsabiqənin nəticəsinə görə, Seymur Əliyev (Moderator.az) I, Aytən Abdulova (Azərbaycan Televiziyası) və Sevinc Cəfər (525-ci qəzet) II, Səid Qərib (Report İA), Günay Elşadqızı (APA İA), Pərviz Sadayoğlu (“Yeni Azərbaycan” qəzeti) III yerlərə, Təbriz Vəfalı (Azim.az), Elnurə Abuşova (Azadmedia.az), Lalə Mehralı (TvPress internet qəzeti), Ülvi Səfərov (Oxu.az), Orxan Hüseynov (Baku.ws) və Törəxanım Zeynallı (Azvision.az) həvəsləndirici mükafatlara layiq görülüblər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button