Cəmiyyət

Dövlət qurumu cərimələnib – YENİLƏNİB

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən “Report”a bildirilib ki, cərimələnən Agentlik deyil, təcili tibbi yardım avtobazasıdır:
“Təcili tibbi yardım avtobazası isə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tabeliyindədir”.
10:55
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi cərimələnib.
“Report”un məlumatına görə, protokol Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə baxılması üçün göndərilib.
İş hakim Babək Pənahovun icraatındadır.Agentliyə prokotol İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə tərtib olunub.
Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button