İqtisadiyyat

Dövlət Radiotezliklər İdarəsi AVRO-2020-nin hazırlıq işlərinə başlayıb

Dövlət Radiotezliklər İdarəsi bu ilin iyun ayında keçiriləcək AVRO-2020 çempionatına hazırlıq işlərinə başlayıb.
İdarədən “APA-Economics”ə verilən məlumata görə, artıq UEFA ilə radiotezliklərdən istifadəyə dair müqavilə imzalanıb və tələb edilən tezlik nominalları dəqiqləşdirilib.
Final qarşılaşması zamanı istifadə ediləcək radioelektron vasitələrinin (REV) maneəsiz işinin təmin edilməsi məqsədilə Bakı Olimpiya Stadionu və ətrafında radiomonitorinq işləri aparılır. Eyni zamanda, oyunlar zamanı ayrılmış tezliklərin müdaxiləsiz istifadəsinin təmin edilməsi üçün hər gün monitorinq işləri aparılır və nəticələrə uyğun adekvat tədbirlər görülür.
Yarışların keçirilməsi zamanı istifadə edilən bütün radioelektron vasitələrinin verilmiş icazə şərtlərinə uyğunluğu test ediləcək və yalnız bundan sonra istismarına icazə veriləcək. Qeyd edilən tədbir boyunca televiziya və FM radio proqramlarının da maneəsiz işinin təmin edilməsi məqsədilə nəzarət gücləndiriləcək, məntəqələr tərəfindən monitorinq aparılacaq.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button