İqtisadiyyat

Dövlət strukturları tərəfindən açılan kibertəhlükəsizlik sorğularının sayı artıb

Bu ilin may ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılan sorğuların sayı aprel ayı ilə müqayisədə 6,3% artaraq 353 ədəd təşkil edib.
Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, may ayı ərzində mərkəzə daxil olan sorğulardan 96,6%-nə baxılıb və təmin edilib.
Mərkəzdən verilən məlumata əsasən, may ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 4 domen və 2 yeni subdomen qeydiyyatdan keçib.
Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 10 hesabat təqdim edilib.
Ümumilikdə, cari ilin yanvar-may aylarının nəticələrinə görə, kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 1859 ədəd təşkil edib. Qeyd olunan dövr ərzində ümumi sorğuların 96%-nə baxılaraq təmin edilib, müvafiq dövlət qurumlarına 76 hesabat təqdim edilib. Yanvar-may ayları ərzində Azərbaycanın internet seqmentində 20 domen və 43 subdomen qeydiyyata alınıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button