Gündəm

DTX Suriyada döyüşdüyü deyilən şəxsi saxlayıb

Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Ukrayna xüsusi xidmət orqanları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 42-yaşlı Mirəhəd Mirismayıllı saxlanılıb və ölkəyə gətirilib. Bu haqda DTX məlumat yayıb.

DTX-nın məlumatına görə, M.Mirismayıllıya Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

O, Aqil Hacıyevin başçılıq etdiyi “Cundu Şam” qruplaşmasına qoşulmaq üçün 20 iyun 2013-cü ildə Suriyaya gedərək orada digər Azərbaycan Respublikası vətəndaşları ilə birgə silahlı münaqişələrdə iştirakda şübhəli bilinir.

Azərbaycan son illər Suriyada döyüşdüyü bildirilən bir neçə qrupun üzvünü həbs edib, bəziləri vətəndaşlıqdan məhrum edilib.

2011-ci ildən Suriyada vətəndaş müharibəsi gedir.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button