Dünya

Dubay hərracında avtomobil nömrəsi 10 milyon dollara satılıb

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) xeyriyyə hərracında avtomobil nömrəsi 10 milyon dollardan çox qiymətə satılıb.

Trend-in TASS-a istinadən verdiyi xəbərə görə, iki hərfdən və bir rəqəmdən ibarət olan avtomobil qeydiyyat nişanının satışı onlayn rejimdə baş tutub və 38 milyon dirhəmə (10 milyon dollardan çox) əldə edilib.

AA9 nömrəsini alan alıcının adı açıqlanmayıb. Həmin gün U31, T38 və E51 avtomobil qeyd nömrələri də hərraca çıxarılıb. Ümumilikdə, hərrac 48,5 milyon dirhəm (13,2 milyon dollar) qazanıb.

Hərraca Birləşmiş Ərəb Əmirliklərinin Baş naziri və Dubay əmiri Məhəmməd bin Rəşid Əl Məktum da qatılıb.

Qeyd edilir ki, hərracdan əldə olunan gəlir kasıblara ərzaq paylamaq kampaniyasına köçürdüləcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button