Dünya

Dubayda iki təyyarə toqquşub |

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) azbüdcəli “Flydubai” aviaşirkətinə məxsus təyyarə Bəhreynin “Gulf Air” hava yollarına aid təyyarə ilə Dubayda hava limanında toqquşub.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə aviaşirkətdən bildiriblər.
Məlumata görə, təyyarə Dubaydan Qırğız Respublikasının paytaxtı Bişkekə hərəkət edirmiş.
Hadisə nəticəsində ölən və xəsarət alan olmasa da, sərnişinlər başqa təyyarə ilə reys üzrə hərəkət ediblər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button