İqtisadiyyat

Dünya Bankı Azərbaycan iqtisadiyyatı üzrə proqnozlarını dəyişməyib

Dünya Bankının yenilənmiş proqnozuna əsasən, 2021-ci ildə Azərbaycan iqtisadiyyatı 2,8% artacaq.
Bu barədə “APA-Economics” Dünya Bankının “Global Economic Prospects” adlı hesabatının iyun buraxılışına istinadən xəbər verir.
Hesabatda qeyd olunub ki, 2022-ci il üçün Azərbaycanda iqtisadi artımın 3,9% olacağı proqnozlaşdırılır. 2023-cü ildə ÜDM-in artım tempi 3,4% səviyyəsində göstərilir.
Qeyd edək ki, bankın aprel ayında verdiyi proqnozlarla müqayisədə sözügedən gözləntilər dəyişməz qalıb.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycan ÜDM-i 4,3% azalıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button